525.Az

Səudiyyə Ərəbistanında iki yeni neft sahəsi aşkar edilib


 

Səudiyyə Ərəbistanında iki yeni neft sahəsi aşkar edilib<b style="color:red"></b>

Səudiyyə Ərəbistanının iqtisadiyyat naziri Əbdüləziz bin Salman ölkəsinin neft şirkəti olan "Saudi Aramco"nun iki yeni neft sahəsi kəşf etdiyini açıqlayıb.

525.az xəbər verir ki, aşkar edilmiş iki neft sahəsinin ölkənin şərqində yerləşdiyi bildirilib. Xəbərlərdə fikirlərinə yer verilən iqtisadiyyat naziri Əbdüləziz "Saudi Aramco"nun yeni kəşflərinin ölkənin strategiyalarına əhəmiyyətli töhfə verəcəyini bildirib. Bu yeni kəşflərin krallığın təbii qaz ehtiyatlarını gücləndirəcəyini vurğulayan Əbdüləziz, ölkənin şərqində edilən ilk kəşfin Əl-Hufuf şəhərindən 142 km aralıda, Qavvar neft yatağının cənubunda yerləşdiyini deyib.

Qeyd edək ki, iqtisadiyyat naziri Əbdüləziz digər kəşfin Zəhran şəhərindən 230 km cənubda olduğunu qeyd edib.

Məhəmməd Tağıyev

 





02.12.2022    çap et  çap et