525.Az

Ukrayna 100 mindən çox əsgərinin ölməsi məlumatını təsdiqləməyib


 

Ukrayna 100 mindən çox əsgərinin ölməsi məlumatını təsdiqləməyib<b style="color:red"></b>

Ukrayna Baş Qərargahı, Aİ Komissiyasının sədri Ursula von der Leyenin indiyədək Rusiya-Ukrayna müharibəsində 100 mindən çox ordu üzvünün öldürüldüyü təxmin edilən bəyanatı ilə bağlı, bu rəqəmi təsdiq edə bilməyəcəklərini açıqlayıb.

Ukrayna mətbuatının məlumatına görə, Baş Qərargahın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Bohdan Senyk, von der Leyenin Rusiya-Ukrayna müharibəsində indiyədək 100 mindən çox ukraynalı hərbçinin həlak olduğu təxminlərinə dair açıqlamasına münasibət bildirərək: "Bu rəqəmi təsdiq edə bilmirik, Ukrayna ordusunun itkilərinin rəsmi məlumat və yayım məhdudiyyətlərinə məruz qaldığını vurğulayırıq", - deyib.

Avropa İttifaqı Komissiyasının sədri von der Leyen isə sosial media hesabında Ukraynada Rusiyaya qarşı davam edən müharibə ilə bağlı videomüraciət yayımlayaraq: "İndiyədək 20 mindən çox dinc sakinin və 100 mindən çox Ukrayna ordusunun əməkdaşının öldürüldüyü təxmin edilir", - demişdi.

Məhəmməd Tağıyev

 





02.12.2022    çap et  çap et