525.Az

Girov götürülən 14 nəfər xilas edilib


 

Girov götürülən 14 nəfər xilas edilib<b style="color:red"></b>

Nigeriyanın Zamfara əyalətində silahlı dəstələr tərəfindən girov götürülən 14 nəfər xilas edilib.

525.az xəbər verir ki, Zamfara polisinin mətbuat katibi Məhəmməd Şehu verdiyi açıqlamada əyalətin Girkau kəndində silahlı dəstələrə qarşı əməliyyat keçirildiyini bildirib. 

Şehu qeyd edib ki, əməliyyat zamanı silahlı dəstələr tərəfindən girov götürülən 14 nəfər xilas edilib. Xilas edilənlərin təxminən 50 gün girovluqda qaldığını qeyd edən Şehu bu şəxslərin sağlamlıqlarının yaxşı olduğunu bildirib. Əməliyyatda 6 silahlı dəstə üzvünün zərərsizləşdirildiyini qeyd edən Şehu silahlı dəstələrin sığınacaqlarının da məhv edildiyini vurğulayıb.

Qeyd edək ki, Zamfara əyaləti artıq 5 ildir ki, silahlı dəstə üzvlərinin hücumları ilə üzləşir. Əyalət hökuməti artan təhlükəsizlik problemləri səbəbiylə tutulan silahlı dəstə üzvlərinin ölüm cəzası ilə mühakimə olunacağını açıqlamışdı.

Malik Atilay

 





02.12.2022    çap et  çap et