525.Az

ABŞ-da orduya inam 50 faizdən aşağıdır


 

ABŞ-da orduya inam 50 faizdən aşağıdır<b style="color:red"></b>

ABŞ-da aparılan araşdırmada orduya inamın 50 faizdən az olduğu müəyyənləşib. Sorğu iştirakçılarının 62 faizi bunun səbəbinin ordu komandanlığının artan siyasiləşməsi olduğunu bildirib. 

525.az xəbər verir ki, Kaliforniyada yerləşən Ronald Reyqan Fondunun sorğusu göstərib ki, ABŞ ictimaiyyəti son illərdə orduya inamsızlıqda davam edir. Fondun noyabr ayında ABŞ-ın müxtəlif ştatlarında keçirdiyi ictimai rəy sorğusunda Amerika xalqının 48 faizinin orduya güvəndiyi məlum olub. 

2018-ci ildə 70 faiz ətrafında olan güvənin son dörd ildə 50 faizdən aşağı düşdüyünü göstərən araşdırmada iştirakçılardan bunun səbəbləri də soruşulub. Respondentlərin 62 faizi “hərbi komandanlıq səviyyəsinin çox siyasiləşdiyini” bildirsə də, mülki idarələrin verdiyi qərarların, xüsusilə də Əfqanıstandan çıxarılmasının orduya olan inamı azaltdığını da qeyd ediblər. 

Araşdırmada əsgərliyə getmək istəyib-istəmədiyi ilə bağlı suallara “Mən heç vaxt qoşulmaq istəmirəm” və ya “Qoşulmaq istəmirəm” cavabını verənlərin nisbəti 54 faiz olub. 

Araşdırmada Demokratların 73 faizi, Respublikaçıların isə 51 faizi Ukraynaya yardımın davam etdirilməsini dəstəklədiyini bildirib. NATO-ya 60 faiz etibar etdiyi qeyd edilən araşdırmada iştirakçıların 72 faizi hər hansı bir NATO tərəfdaşı Rusiya tərəfindən hücuma məruz qaldıqda hərbi reaksiya verilməsinin tərəfdarı olub. İştirakçıların 54 faizinin ABŞ-ın Çinlə bağlı dəqiq strategiyası olmadığı fikrini ifadə etdiyi araşdırmada, respondentlərin 71 faizi Rusiya-Ukrayna müharibəsinin Çini Tayvanı işğal etməyə ruhlandıracağını düşünür.

Malik Atilay

 





02.12.2022    çap et  çap et