525.Az

Nigeriyada 1,8 milyon insan QİÇS xəstəsidir


 

Nigeriyada 1,8 milyon insan QİÇS xəstəsidir<b style="color:red"></b>

Qərbi Afrika ölkəsi olan Nigeriyada 1,8 milyon insanın Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) olduğu açıqlanıb. 

525.az xəbər verir ki, Nigeriyanın QİÇS-lə Mübarizə üzrə Milli Proqramının (NACA) direktoru Aliyu Qambo bəyan edib ki, ölkə son bir neçə ildə HİV/AİDS-lə mübarizədə mühüm irəliləyiş əldə edib. 

Bu il virus daşıyıcılarının sayının əvvəlki illərə nisbətən azaldığını deyən Qambo: "QİÇS-ə qarşı müxtəlif kampaniyaların arzuolunan nəticəsi tədricən əldə edilməyə başlanıb. Bununla belə, ölkənin bəzi bölgələrində hələ də bir çox yerlərində virusu daşıyanlara qarşı ayrı-seçkilik edilir”, - NACA direktoru əlavə edib.

Ölkə daxilində təxminən 1,8 milyon insanın QİÇS daşıyıcısı olduğunu qeyd edən Qambo, onlardan 1,6 milyonunun müalicə aldığını bildirib. Qambo ictimaiyyətini virus üçün testdən keçməyə və valideynlərə QİÇS-lə mübarizədə uşaqlarına kömək etməyə çağırış edib.

Malik Atilay

 





02.12.2022    çap et  çap et