Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən 4.4 qısa tamaşalar festivalında “Səhnə” teatrının “Qurd Əfsanəsi'' mono tamaşası 3-cü yerə layiq görülüb.
Azərbaycan Akademik Milli Dram teatrının səhnəsində nümayiş olunan “Qurd əfsanəsi” tamaşasının rejissoru Namiq Ağayev, müəllifi Xaqani Əliyevdir. Əfsanəni nəql edən Şaman obrazını Vüsal Rzasoy canlandırıb.
''Qurd Əfsanəsi '' türk xalqlarının qədim miflərinə bağlıdır. Tamaşada türk etnosunun formalaşması, parçalanması və nəhayət, XXI əsrdə yenidən birləşməsi perspektivi mərhələlərlə göstərilib. “Qurd əfsanəsi”ndə kulminasiya anı türküçülük rəmzi - Turan bayrağının dalğalanmasıdır. Qədim əfsanəni nəql edən Şaman öz hekayəsini Azərbaycanın Vətən Müharibəsində qazandığı şanlı qələbə ilə tamamlayır. Orxon Yenisey abidələrindən zamanımıza qədər gəlib çatmış kiçik mətnlə vacib mesaj verir: “Türkə dost ol, Türklə düşmən olma!”
Həsən Mahanov