525.Az

“Əhməd Cavad - 130” adlı tədbir keçirilib


 

“Əhməd Cavad - 130” adlı tədbir keçirilib<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecindəöz şeirləri ilə xalqı milli azadlığa səsləyən böyük şair, tərcüməçi, Azərbaycan dövlət himninin banisi Əhməd Cavadın dünyaya gəlməsinin 130 illiyi ilə əlaqədar “Əhməd Cavad - 130” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

İlk olaraq kollecin Həmkarlar İttifaqının sədri Sevinc Şərifova çıxış edib,Əhməd Cavadın ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiq qalaraq, hüquqları çeynənən bir ölkənin haqq səsi olmasından danışaraq, təqiblərin, məhbəs və işgəncələrin onun iradəsini qıra bilməməsi və şairin bir dəfə də olsun xalqına, eləcə də qələminə xəyanət etməməsindən danışaraq sözü kollecin direktoru İsmayılov Vilayət müəllimə verib.

Direktor öz çıxışında Ə.Cavadın bədii, siyasi ideya dünyası təbiət və sevgi lirikasının zənginliyindən danışmışdır.Daha sonra çıxış edən professor Nuru MikayılovƏhməd Cavadın şeir-sənət aləminə qatıldığı ilk günlərdən Azərbaycan türklərinin və türk dünyasının milli şairi kimi sevilməsindən danışıb.

Sonda çıxış edən Tərbiyə işləri üzrə direktor müavini Sevinc Həmzəyeva Ə.Cavad son nəfəsinədək Azərbaycanın azadlığına sadiq qalaraq, bu yolda şəhidlik zirvəsinə ucalan vətənpərvər kimi, həmçinin Azərbaycan istiqlalının böyük şairi kimi yaddaşlarımızdan heç zaman silinməyəcəyini söyləyib.

Tədbirin bədii hissəsində tələbələrin istedadları nümayiş olunmuşdur. Yaddaşlara həkk olunan “Şükriyyə”, “Qitələr”,  “Nə yazım?”,  “Azərbaycan bayrağına”, “Gəldim”, “Susmaram”, “Dönür”, “Bayatılar”, “Göygöl” kimi dərin mənalı şeirləri səsləndirilmiş, “Çırpınırdı Qara dəniz” şeirinə dostu dahi Üzeyir bəyin bəstələdiyi musiqi və bir çox tədbirlərdə marşa çevrilən “Can Azrbaycan” mahnısı ifa edilib.

Bu gün Əhməd Cavad xatırlandı. Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan, bu yolda "xalq düşməni" damğası ilə güllələnən Əhməd Cavadı dərin hörmətlə yad etdik. “Susmaram” şeirini müəllim yoldaşına əzbərlətdiyi zaman “zamanı gələndə üzə çıxar” dediyi kimi. Bəli, zamanı gəldi Əhməd Cavad xalqının qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutdu. Azərbaycan var olduqca bu yer onun olacaq!
 

 

 





02.12.2022    çap et  çap et