525.Az

“Repetitorluq şagirdləri məktəb mühitindən uzaqlaşdırıb”


 

“Repetitorluq şagirdləri məktəb mühitindən uzaqlaşdırıb” <b style="color:red"></b>

“Əvəllər şagirdlər yalnız yuxarı siniflərdə, ali məktəbə hazırlaşanda repetitora müraciət edirdi. İndi isə valideynlər aşağı siniflərdən övladlarını repetitor hazırlığına göndərirlər”.

Bunu təhsil eksperti Nadir İsrafilov deyib. O bildirib ki, sovet dövründə də şagirdlər əlavə hazırlığa gedirdi. Onda vəziyyət indiki kimi deyildi. Kütləvi şəkildə repetitorlara müraciət olunmurdu: 

“Əvvəl repetitorluq 10-11-ci siniflərdən başlayırdı. İndi valideynlər məktəbəhazırlıqdan repetitora müraciət edirlər. Repetitorluq şagirdləri məktəb mühitindən də uzaqlaşdırıb. Buna görə məktəblərdə dərsə davamiyyət çox aşağıdır. Artıq şagirdlər ixtisas qruplarına uyğun fənləri oxuyurlar. Bu isə şəxsiyyətyönümlü təhsillə ziddiyyət təşkil edir, məktəbin əhəmiyyətini azaldır”.

Sevinc Qarayeva 
 

 

 





02.12.2022    çap et  çap et