525.Az

Məktəblərdə rəhbər vəzifələrə işə qəbul üzrə imtahanın nəticələri açıqlanıb


 

Məktəblərdə rəhbər vəzifələrə işə qəbul üzrə imtahanın nəticələri açıqlanıb<b style="color:red"></b>


Ümumi təhsil müəssisələrinə direktor, direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə yerli təhsili idarəetmə orqanları tərəfindən keçirilən test imtahanının nəticələri elan edilib.

Bu barədə 525.az-a Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə keçid balı 21 (hər bölmə üzrə minimum 5 bal olmaqla), direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə keçid balı isə 20 (hər bölmə üzrə minimum 5 bal olmaqla) olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, müsahibə mərhələsinin dekabrın 5-dən 20-dək keçirilməsi nəzərdə tutulur. Bu mərhələdə namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri qiymətləndiriləcək.

Sevinc Qarayeva

 

 





02.12.2022    çap et  çap et