525.Az

Noyabr ayı ərzində BŞTİ-yə 20 mindən çox müraciət daxil olub


 

Noyabr ayı ərzində BŞTİ-yə 20 mindən çox müraciət daxil olub<b style="color:red"></b>


Noyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 20 min 437 müraciət daxil olub.

BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorundan 525.az-a verilən xəbərə əsasən,  müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 8 min 34 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 3 min 145 vətəndaş müraciət edib.

Noyabr ayında BŞTİ-yə 8 min 669 sənəd (vətəndaşlar tərəfindən 1 352 ərizə, Təhsil Nazirliyindən 424, vakansiyalar üzrə 5 min 817 elektron (anket.edu.az) müraciət, digər qurumlardan 209, məktəblərdən 585 məktub və 282 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 589 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, məktəbəqədər təhsil müəssisələrinə qəbul, informasiya təminatı və digər məsələləri əhatə edib.

Sevinc Qarayeva 

 

 





02.12.2022    çap et  çap et