525.Az

UNEC-də Baba Vəziroğlu ilə görüş keçirilib


 

UNEC-də Baba Vəziroğlu ilə görüş keçirilib<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Əməkdar incəsənət xadimi, şair, dramaturq Baba Vəziroğlu ilə görüş keçirilib.

 525.az- xəbər verir ki, “UNEC Poeziya günləri” çərçivəsində keçirilən görüşdə universitet rəhbərliyi, müəllim və tələbələr iştirak ediblər.

Görüşdə şairin həyat və yaradıcılığı barədə məlumat verilib, Yaradıcılıq Mərkəzinin üzvləri nəğməkar şairin şeirlərini səsləndiriblər.

UNEC-də olmaqdan məmnunluğunu ifadə edən Baba Vəziroğlu “Cənab Ali Baş komandan” şeirini söylədikdən sonra, yaradıcılığı ilə bağlı xoş xatirələrini bölüşüb. Sonra müəllim və tələbələrin suallarını cavablandırıb. 

Tədbirdə çıxış edən rektor professor Ədalət Muradov UNEC kollektivinə yaşatdığı xoş anlara görə Baba Vəziroğluya təşəkkürünü bildirib, “Yaradıcılıq Mərkəzinin fəxri üzvü” plaketini şairə təqdim edib.

Sevinc Qarayeva 

 





02.12.2022    çap et  çap et