525.Az

"Dekabr ayının 7-nə kimi hava soyuq olacaq"


 

"Dekabr ayının 7-nə kimi hava soyuq olacaq"<b style="color:red"></b>

“Dekabrın əvvəli daha çox tutqun keçəcək. Fasilələrlə yağıntı olacağı proqnozlaşdırılır”.

525.az-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda bildirib. U.Tağıyeva qeyd edib ki, dekabr ayının 7-nə kimi hava soyuq olacaq: "Əsasən şimal və şərq rayonlarında yağıntıların daha intensiv olacağı gözlənilir. Paytaxtda bu müddət ərzində ən soyuq havanın dekabrın 4-dən 6-na kimi olacağı gözlənilir. Gecə və gündüz temperaturu biri-birinə yaxın 3-6 dərəcə isti olacaq”.

Sevinc Qarayeva 

 





02.12.2022    çap et  çap et