525.Az

"21 il ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb"


 

"21 il ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb"<b style="color:red"></b>

"Müşahidələrə görə son 21 il ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb. Orta aylıq temperatur iqlim normasından 5 dərəcə aşağı olub. Bakıda 5 dərəcə şaxta qeydə alınıb, qar örtüyünün hündürlüyü 50 sm-ə çatıb. Naxçıvanda isə 30 dərəcə şaxta olub. Ümumilikdə, düşən yağıntının miqdarı iqlim normasını 6 dəfədən çox aşıb”.

525.az-ın xəbərinə əsasən, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib. Onun dediyinə görə, şiddətli küləklər dekabr ayı üçün səciyyəvidir: “2015-ci il dekabrın 4-də şimal-qərb küləyinin maksimal sürəti Neft Daşlarında 39 m/s, Bakıda 35 m/s olub. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 8.5 metrə çatıb. 2019-cu il dekabrın 2-də şimal-qərb küləyinin maksimal sürəti Sumqayıtda 40 m/s, Bakıda 38 m/s-ə çatıb”.

Sevinc Qarayeva 

 

 





02.12.2022    çap et  çap et