525.Az

BƏƏ-nin kosmik gəmisinin Aya göndərilməsi yenidən təxirə salınıb


 

BƏƏ-nin kosmik gəmisinin Aya göndərilməsi yenidən təxirə salınıb<b style="color:red"></b>

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kəşfiyyat məqsədilə Aya göndərəcəyi kosmik gəminin buraxılış tarixinin yenidən təxirə salındığını açıqlayıb.

525.az xəbər verir ki, BƏƏ-nin Məhəmməd bin Rəşid Kosmik Mərkəzinin "Twitter" hesabında edilən açıqlamaya görə, "SpaceX" şirkəti raketi və məlumatları araşdırdıqdan sonra onu təxirə salmaq qərarına gəlib. Yeni tarix isə daha sonra açıqlanacaq. "Rəşid" kosmik gəmisi ABŞ-ın Florida ştatındakı Kanaveral burnundan buraxılacaq. Məhəmməd bin Rəşid Kosmik Mərkəzinin məlumatına görə, kosmik gəminin Ay səthinə çıxması 5 ay, Ayın gündüz işığı ilə əsas kəşfiyyat missiyası isə 14,5 gün çəkəcək.

Məhəmməd Tağıyev

 

 





02.12.2022    çap et  çap et