525.Az

"İqlim dəyişmələri fonunda təbii risklər sosial risklərin də artmasına təkan verir"


 

"İqlim dəyişmələri fonunda təbii risklər sosial risklərin də artmasına təkan verir"<b style="color:red"></b>

“Müşahidələrin təhlili göstərir ki, yazda orta sutkalıq temperaturun 10°C-dən yuxarı olan dövrünün davamiyyəti 20 günədək artıb və regiondan asılı olaraq 170-245 gün təşkil edir. Artım daha çox dağlıq ərazilərdə müşahidə olunur. Bu da isti qurşaqların sərhədlərinin yuxarıya doğru 150-250 m yüksəlməsinə səbəb olub".

525.az-ın məlumatına əsasən, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib. Onun dediyinə görə, ölkə ərazisində isti və mülayim qurşaqların sahələrinin genişlənməsinə, soyuq qurşağın sahəsinin azalmasına səbəb olaraq, istisevən bitkilərin əkin sahəsinin artması üçün imkan yarana bilər. Yeni iqlim şəraitinə uyğunlaşma tədbirlərinin seçilməsində elmi araşdırmalara əsaslanan qərarların qəbul edilməsi vacibdir:

"İqlim dəyişmələri fonunda təbii risklər sosial risklərin də artmasına təkan verir.  Buna görə iqtisadiyyat üçün gələcək regional iqlim ssenarilərinin işlənilməsi və onların əsasında mümkün uyğunlaşma tədbirlərinin hazırlanması zərurəti ön plana çıxır. Bu baxımdan beynəlxalq təşkilatların metodiki dəstəyinə də ehtiyac var” .

Sevinc Qarayeva 

 





02.12.2022    çap et  çap et