525.Az

"Google" Aİ-ni yüksək məhkəməyə verib


 

"Google" Aİ-ni yüksək məhkəməyə verib<b style="color:red"></b>

"Google" texnologiya şirkəti, Avropa İttifaqı (Aİ) Komissiyasının "Android" əməliyyat sistemində rəqabət qaydalarını pozduğuna görə təyin etdiyi rekord məbləğdə 4 milyard avroluq cəriməni qüvvədə saxlayan məhkəmənin qərarından apellyasiya şikayəti verib.

525.az xəbər verir ki, "Google", "Android" əməliyyat sisteminin rəqabət qaydalarını pozduğuna qərar verən Aİ Ümumi Məhkəməsinin qərarını və Aİ Komissiyasının şirkətə tətbiq etdiyi cüzi məbləğdə cəriməni təsdiqləyərək Avropa Ədalət Məhkəməsinə müraciət etdiklərini açıqlayıb. Açıqlamada, Avropa Ədalət Məhkəməsinin iş materiallarında hüquqi aydınlaşdırma tələb edən sahələrin olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, 2016-cı ildə Aİ "Google"u "Android" əməliyyat sistemi ilə bazarda hökmranlıq etməkdə və rəqabət qaydalarını pozmaqda ittiham etmişdi.

Məhəmməd Tağıyev

 





02.12.2022    çap et  çap et