525.Az

İtaliya Avropanın əsas enerji mərkəzi olmaq istəyir


 

İtaliya Avropanın əsas enerji mərkəzi olmaq istəyir<b style="color:red"></b>

İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani bildirib ki, İtaliya Avropanın əsas enerji paylama mərkəzi olmaq üçün bütün şərtləri qarşılayır.

525.az xəbər verir ki, İtaliya Xarici İşlər Nazirliyi və Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun (ISPI) ev sahibliyi ilə bu il Romada 8-ci MED Aralıq dənizi Dialoq Forumu açılış sessiyası ilə fəaliyyətə başlayıb.

Forumda İtaliyanın Afrika və Avropa arasında daha sıx əməkdaşlığın təmin edilməsində hər zaman mərkəzi rol oynamaq istədiyini qeyd edən Tajani: "Yalnız birlikdə çalışaraq Aralıq dənizi ölkələri arasında müsbət qarşılıqlı asılılıq qura bilərik", - deyib.

"İtaliya bütün Avropa üçün əsas enerji mərkəzi ola bilər. Bunun üçün bütün xüsusiyyətlərə malikdir”, - deyən Tajani əlavə edib ki, İtaliya Avropada aparıcı rol oynamağa davam edəcək.

Tajani, habelə terror məsələsinə də toxunub. O, bildirib ki, bütün Şimali Afrika ölkələri terror bəlasına qarşı birgə hərəkət etməlidir.

Açılış sessiyasında çıxış edən İtaliya Prezidenti Sercio Mattarella isə Avropadakı qeyri-qanuni miqrasiya probleminə toxunub.

Qeyd edək ki, Mattarella, həmçinin bu problemin həlli üçün milli, diplomatik və beynəlxalq qurumlardan başlayaraq ortaq addım atmağın vacivliyini vurğulayıb.

Fərid Sançar

 





02.12.2022    çap et  çap et