525.Az

14,5 milyondan çox ukraynalı ölkəsini tərk edib


 

14,5 milyondan çox ukraynalı ölkəsini tərk edib<b style="color:red"></b>

Ukrayna parlamentinin insan haqları üzrə komissarı Dmitri Lubinets Rusiyanın Ukraynada müharibəyə başladığı fevralın 24-dən bəri 14,5 milyondan çox ukraynalının ölkəni tərk etdiyini açıqlayıb.

525.az xəbər verir ki, Ukrayna parlamentinin insan haqları üzrə komissarı Dmitri Lubinets, müharibə səbəbindən ölkəni tərk edənlərlə bağlı açıqlama verib. Açıqlamada: "Fevralın 24-dən sonra 14,5 milyondan çox ukraynalı ölkəni tərk edib və onlardan ən azı 11,7 milyonu Aİ ölkələrinə gedib. Avropada 7,7 milyon insan isə müvəqqəti mühafizə xidmətlərinin alıcısı kimi qeydiyyatdadır", - deyə bildirilib.

Qeyd edək ki, Lubinets, davam edən müharibə səbəbindən 4,7 milyon ukraynalının məcburi köçkünə çevrildiyini də vurğulayıb.

Məhəmməd Tağıyev

 





02.12.2022    çap et  çap et