525.Az

Bosnia serbləri Kosovonun müstəqilliyini qəbul etmir


 

Bosnia serbləri Kosovonun müstəqilliyini qəbul etmir<b style="color:red"></b>

Bosniya serblərinin lideri Milorad Dodik bildirib ki, o, Bosniya və Herseqovinanın Kosovonun müstəqilliyini tanımasına heç vaxt imkan verməyəcək.

Bosniya və Herseqovinanın tabeliyində olan Serb Respublikasının prezidenti Milorad Dodik yerli mətbuata verdiyi açıqlamada Serbiyanın Kosovo ilə bağlı fikirlərini izlədiklərini bildirib. O, həmçinin qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının bir çox üzvü hələ də Kosovanı tanımayıb.

Kosovonun 2008-ci ildə beynəlxalq qaydaları pozaraq müstəqilliyini elan etdiyini deyən Dodik: "Var olduğu müddətcə Bosniya və Herseqovinanın bu münasibəti heç vaxt dəyişməyəcək. Buna icazə verməyəcəyəm", - deyə bildirib.

Qeyd edək ki, Bosniya və Herseqovinada 1992-1995-ci illərdə baş vermiş müharibəyə son qoyan Dayton Sülh Sazişinin gətirdiyi mürəkkəb siyasi quruluş Kosovonun müstəqilliyinin tanınmasına əngəl törədir. Dövlətin ən ali orqanında hər hansı bir qərarın qəbul edilməsi üçün isə bosnia, xorvat və serbləri təmsil edən üç şura üzvü arasında uzlaşma olmalıdır.

Fərid Sançar

 





02.12.2022    çap et  çap et