525.Az

Bakıda BƏƏ-nin Milli Günü qeyd olunub 


 

Bakıda BƏƏ-nin Milli Günü qeyd olunub <b style="color:red"></b>

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli bayramı – Müstəqilliyin 51-ci ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

525.az xəbər verir ki, çıxış edən səfir Məhəmməd Əl Bluşi çıxış edərək BƏƏ-nin inkişaf tarixi barədə məlumat verib. Bildirib bu il, eyni zamanda, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyidir.

Səfir deyib ki, nu tarixi gündə BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulmuş yüksək səviyyəli ikitərəfli münasibətləri qeyd etmək istərdim. Hər iki dövlət başçısının qarşılıqlı səfərləri, davamlı olaraq artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ-dən gələn turistlərin sayının artması ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir.

Diplomat vurğulayıb ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ölkəsinin regional və beynəlxalq arenada öz mövqeyini və fəal rolunu gücləndirir.

Səfir “50-nin Prinsipi” barədə ətraflı məlumat verib: “Bu gündə "50-nin Prinsipi" haqqında danışmaq mənim üçün böyük şərəfdir. BƏƏ növbəti 50 il ərzində artım və inkişafın yeni mərhələsinə qədəm qoyur və “50-nin Prinsipi” olkədə istinad edilən on prinsipi təmsil edir. Bu sənəd Birliyin sütunlarını gücləndirmək, dayanıqlı iqtisadiyyat qurmaq və daha firavan cəmiyyət üçün bütün mümkün resurslardan istifadə etmək məqsədilə BƏƏ-nin yeni iqtisadi, siyasi, inkişaf və sosial yüksəliş erası üçün strateji yol xəritəsini müəyyən edir”.

BƏƏ neftdən uzaq, iqtisadi diversifikasiyanı təşfiq edən iqtisadi strategiyalar qəbul edir və ölkə elmi və texnoloji tərəqqi ilə gücləndirilmiş bilik və müxtəlifliyə əsaslanan iqtisadiyyat qurmaq üzərində işləyir.

“BƏƏ 1971-ci ildən 2021-ci ilə qədər əlli ili əhatə edən bir dövrdə 322 milyard dirhəm dəyərində xarici yatırım edib” – səfir vurğulayıb.

Azərbaycan dövləti və xalqı adından Birləşmiş Ərəb Əmirlikləri xalqını milli bayram münasibətilə təbrik edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmlənməsini vurğulayıb: "Dövlətlərimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olması şübhəsiz ki, iki ölkə liderləri arasında səmimi dostluq münasibətləri, onların müdrik uzaqgörənliyi, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəlir. İndiyədək iki ölkə arasında iqtisadiyyat, ticarət, sərmayələrin qoyulması, səhiyyə, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair 30-dan çox sənəd imzalanıb. Bu ilin yanvar - oktyabr aylarında Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsinin keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.5 dəfə artıb. Dubay şəhərində ölkəmizin 2017-ci ildən ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsulların körfəz ölkələrində satışını təşkil etmək üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Azərbaycan tərəfindən BƏƏ-yə otən dövr ərzində 513 milyon dollar sərmayə yatırılıb. Azərbaycanda 233 BƏƏ investisiyalı şirkət fəaliyyət göstərir”.

Nazirin sözlərinə görə, 2008-ci ildə yaradılan iqtisadi, ticarət, texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti müxtəlif sahələrdə inkişaf edib. Əməkdaşlıq istiqamətlərində bərpa olunan enerji, turizm sahələrinin də önəmli rol oynayır.
Nazir deyib ki, işğaldan azad edilən Azərbaycan ərazilərində hazırda sürətlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır: "Bu prosesde biz dost BƏƏ şirkətlərinin də iştirakını dəstəkləyirik”.

O, Azərbaycanla BƏƏ arasında əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.

 





03.12.2022    çap et  çap et