525.Az

COVİD-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadılıb


 

COVİD-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadılıb<b style="color:red"></b>

Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

525.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, COVİD-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2023-ci il yanvarın 1-dək veriləcək.

Əvvəl bu müddət 2022-ci il noyabrın 1-dək müəyyən edilmişdi.

 





03.12.2022    çap et  çap et