525.Az

BMT 51,5 milyard dollarlıq humanitar yardım çağırışı edib


 

BMT 51,5 milyard dollarlıq humanitar yardım çağırışı edib<b style="color:red"></b>

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2023-cü il üçün 51,5 milyard dollarlıq ən yüksək humanitar çağırışı edib.

525.az xəbər verir ki, BMT-nin 2023-cü il Qlobal Humanitar Yardım Ümumi Layihəsinə əsasən, gələn il humanitar yardım alacaq insanların sayının 2022-ci ilə nisbətən 65 milyon artaraq 69 ölkədə təxminən 339 milyona çatacağı təxmin edilir. Gələn il humanitar yardım üçün lazım olan məbləğin isə bu ilin əvvəli ilə müqayisədə 25 faiz artaraq 51,5 milyard dollara çatacağı gözlənilir.

BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi Martin Qriffits: "Bu ilki fövqəladə inkişaflar 2023-cü ilə doğru sıçradığından insan ehtiyacları təəccüblü dərəcədə yüksəkdir", - deyib.

Qeyd edək ki, layihəyə əsasən, 53 ölkədə ən azı 222 milyon insan 2022-ci ilin sonuna qədər ciddi ərzaq çatışmazlığı ilə üzləşəcək. Bu il isə humanitar təşkilatlar ən çox ehtiyacı olan 157 milyon insana dəstək verib.

Məhəmməd Tağıyev

 





03.12.2022    çap et  çap et