525.Az

Rusiyada döyüş təyyarəsi qəzaya uğrayıb


 

Rusiyada döyüş təyyarəsi qəzaya uğrayıb<b style="color:red"></b>

"Miq-31" tipli qırıcı təyyarə Rusiyanın Primorsk vilayətində təlim uçuşu zamanı qəzaya uğrayıb.

525.az xəbər verir ki, Rusiya Şərq Hərbi Dairəsinin mətbuat xidmətindən verilən açıqlamada, "Miq-31" tipli döyüş təyyarəsinin planlı təlim uçuşu həyata keçirərkən Primorsk vilayətinin Alekseyevka kəndi yaxınlığında meşə sahəsinə düşdüyü bildirilib. Ekipajın təyyarədən atma oturacağı ilə birlikdə atıldığı və ilkin məlumatlara görə hadisə nəticəsində itki olmadığı qeyd olunub.

Qeyd edək ki, açıqlamada: "Təyyarə sursatsız uçurdu. Təyyarənin qəzaya uğramasına texniki nasazlıq səbəb ola bilər", - deyə bildirilib.

Məhəmməd Tağıyev

 





03.12.2022    çap et  çap et