Almaniya hökuməti 2022-ci ilin üçüncü rübündə 120 islamafobiya cinayətinin qeydə alındığını bildirib.
525.az xəbər verir ki, mövzu ilə bağlı "Sol Partiya"nın qərarına verilən cavabda, bu ilin üçüncü rübündə ölkə daxilində İslam əleyhinə 120 cinayətin qeydə alındığı bildirilib. 20 cinayət əməlində 10 nəfərin xəsarət aldığı, lakin şübhəli şəxslərin saxlanılmadığı deyilib. Hökumətin cavabında qeydə alınan cinayətlər arasında "təhqir", "ictimaiyyəti təhrik", "mülkiyyətin məhv edilməsi" və "konstitusiyaya zidd təşkilatların simvollarından istifadə" daxildir.
Məscidlərə isə 11 hücumun təşkil edildiyi bildirilib. Federal Baş Prokurorluğun iddia edilən anti-islam və anti-müsəlman cinayətləri ilə bağlı heç bir ilkin icraat başlamadığı iddia edilib. Almaniyada İslam əleyhinə hücumlar 2022-ci ilin birinci rübündə 83, ikinci rübdə isə 69 olub.
Qeyd edək ki, ölkədə 2021-ci ildə müsəlmanlara və məscidlərə qarşı 662, 2020-ci ildə 901, 2019-cu ildə isə 884 islamofobik hücum olub.
Məhəmməd Tağıyev