525.Az

Cəlilabad sakini atasını və bacısını bıçaqlayıb


 

Cəlilabad sakini atasını və bacısını bıçaqlayıb<b style="color:red"></b> Azərbaycanın Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 25-də günorta saatlarında rayonun Uzuntəpə kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Əjdər Rasim oğlu Nəhmətov ailə münaqişəsi zəminində atası, 1966-cı il təvəllüdlü Rasim Nəhmətova və bacısı, 1999-cu il təvəllüdlü Təhminə Əjdər qızı Nəhmətovaya bıçaqla bir neçə yerdən bədən xəsarəti yetirib.  Yaxınlarının sözlərinə görə, ruhi-əsəb xəstəsi olan Əjdər əvvəllər də münaqişə  zəminində ailə üzvlərini döyməklə onlara xəsarət yetirib.
 
Faktla bağı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
 





25.06.2014    çap et  çap et