525.Az

Quterreş Afrika üçün sülh çağırışı edib


 

Quterreş Afrika üçün sülh çağırışı edib<b style="color:red"></b>

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Afrika qitəsi üçün sülh çağırışı edib.

525.az xəbər verir ki, Quterreş Efiopiyanın paytaxtı Əddis Əbəbədə keçirilən VI Afrika Birliyi-Birləşmiş Millətlər Təşkilatının (AfB-UN) illik konfransından sonra mətbuata açıqlama verib. Quterreş Afrika qitəsi üçün sülh çağırışı edərək: "Bu gün biz qurumlarımızın bütün qitədə sülhü təmin etmək üçün necə işlədiyi barədə danışdıq. Afrika sülhə layiqdir və buna ehtiyacı var", - deyib. BMT-nin baş katibi, sülhün həmişə zəruri olduğunu, lakin buna nail olmağın asan olmadığını əlavə edib. O, həmçinin Efiopiyanın Baş naziri Abiy Əhməd və AfB Komissiyasının sədri Musa Faki Mahamat ilə görüşüb.

Qeyd edək ki, konfransda Afrikada insan haqları, iqlim dəyişikliyi, təhlükəsizlik və inkişaf kimi məsələlər müzakirə olunub.

Məhəmməd Tağıyev

 





03.12.2022    çap et  çap et