525.Az

Pakistanın Kabildəki səfirliyinə silahlı hücum olub


 

Pakistanın Kabildəki səfirliyinə silahlı hücum olub<b style="color:red"></b>

Pakistanın Kabildəki səfirliyinə silahlı hücum edilib. Pakistanın Baş naziri Şahbaz Şərif "Twitter" hesabında etdiyi paylaşımda, hücumu pisləyib və hadisənin təcili araşdırılmasını tələb edib.

525.az xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildəki Pakistan səfirliyinə qarşısındakı binadan atəş açılıb. Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada, hücumda Kabildəki müvəqqəti işlər vəkili Rəhman Nizaminin hədəf alındığı bildirilib. Nizamaninin səhhətinin yaxşı olduğu, lakin hücumun qarşısını almaq üçün müdaxilə edən səfirlik mühafizəçisi Sepoy İsrar Məhəmmədin ağır yaralandığı qeyd edilib.

Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif "Twitter" hesabında etdiyi paylaşımda hücumu pisləyib və hadisənin təcili araşdırılmasını tələb edib.

Məhəmməd Tağıyev

 





03.12.2022    çap et  çap et