525.Az

Rus əsirliyindən xilas olan ukraynalılar təltif edilib


 

Rus əsirliyindən xilas olan ukraynalılar təltif edilib<b style="color:red"></b>

Ukrayna Prezidenti Zelenski Rusiyanın ölkəsində müharibəyə başladığı fevralın 24-dən bəri rus əsirliyindən azad edilən 1331 ukraynalı əsgər və polisi dövlət medalı ilə təltif edib. 

525.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Telegram hesabında paylaşdığı videoda Rusiya tərəfi ilə əsir mübadiləsi nəticəsində azad edilən əsgər, polis və tibb işçilərinə mükafat təqdim etdiyini bildirib. 

Zelenski mükafatlandırma mərasimində çıxış edib. Ukrayna Prezidenti Rusiya əsirliyində qalan ukraynalıların öz ölkələrinə ekstradisiyası üçün səy göstərən hər kəsə təşəkkür edib.

Malik Atilay

 





03.12.2022    çap et  çap et