525.Az

Məscidə əl qumbarası ilə hücum edilib


 

Məscidə əl qumbarası ilə hücum edilib<b style="color:red"></b>

Yəmənin şərqindəki Hadramaut əyalətində cümə namazı zamanı məscidə hücum nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb. 

525.az xəbər verir ki, Yəməndə yerli mətbuatda yer alan xəbərlərə görə, Hadramaut vilayətinin Yabus rayonunda məscidə əl qumbarası ilə hücum edilib. 

Cümə namazı vaxtı baş verən hücumda 8 nəfərin həyatını itirdiyi, 20 nəfərin yaralandığı bildirilib. Yerli mətbuat orqanlarından biri olan Balkıs TV-nin təhlükəsizlik mənbələrinə istinadən verdiyi xəbərdə, hücumda aralarında cinayətkarın da olduğu 8 nəfərin öldüyü, 20-ə yaxın adamın yaralandığı bildirilib.

Malik Atilay

 





03.12.2022    çap et  çap et