525.Az

FTB: "TikTok" ABŞ üçün təhlükədir


 

FTB: "TikTok" ABŞ üçün təhlükədir<b style="color:red"></b>

FTB direktoru Chris Wray "TikTok" sosial media platformasına nəzarətin Çin hökumətinin əlində olduğunu deyərək, bunun ABŞ üçün milli təhlükəsizlik narahatlıqlarını artırdığını bildirib. 

525.az xəbər verir ki, ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Chris Wray Miçiqan Universitetində iştirak etdiyi paneldə Çin hökumətinin sosial mediadakı məzmunu manipulyasiya etdiyini bildirib. 

Çinin "TikTok"da topladığı məlumatları casusluq üçün istifadə edə biləcəyinə işarə edən Wray: "Bütün məlumatlar bizimlə ortaq dəyərləri paylaşmayan bir hökumətin əlindədir. Bu hökumət Birləşmiş Ştatların maraqlarına xidmət etmir. Bu, narahatlıq doğurmalıdır”, - deyib. 

Qeyd edək ki, FTB "TikTok"da toplanan məlumatların Çin hökuməti tərəfindən "pis niyyətlə" istifadə oluna biləcəyini əvvəllər dəfələrlə bildirib. Digər tərəfdən, "TikTok"un əməliyyatlar rəhbəri Vanessa Pappas sentyabr ayında ABŞ Senatında keçirilən iclasda Çin hökumətinin tətbiqin məlumatlarına çıxışı olmadığını bildirib.

Malik Atilay

 





03.12.2022    çap et  çap et