525.Az

Ağ Evdən Aİ-nin Rusiya qazı üçün yüksək qiymət tətbiqinə dəstək


 

Ağ Evdən Aİ-nin Rusiya qazı üçün yüksək qiymət tətbiqinə dəstək<b style="color:red"></b>

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi bəyan edib ki, Aİ ölkələri Rusiyadan dəniz yolu ilə nəql edilən neftin barrelinə 60 dollarlıq həddi tətbiq etmək qərarını alqışlayır və bu təcrübəni dəstəkləyir. 

525.az xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi Zoom vasitəsilə Ağ Ev müxbirlərinə verdiyi brifinqdə ABŞ-ın xarici siyasət gündəmini dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb. 

Kirbi, Aİ ölkələrinin Rusiya neftinə yüksək qiymət tətbiq etmə qərarı ilə bağlı suala Baydenin daha əvvəl bu mövzunu təşviq etdiyini deyərək, yüksək qiymət tətbiqinin Rusiya Prezidenti Vladimir Putinin döyüş qabiliyyətini azaldacağına inandıqlarını bildirib.

"Biz Aİ tərəfdaşlarımızın bununla bağlı hərəkətini alqışlayırıq", - Kirbi bildirib. O, yüksək qiymət tətbiqini hər zaman dəstəklədiklərini vurğulayıb.

Qeyd edək ki, Aİ ölkələri bu gün Rusiyadan dəniz yolu ilə daşınan neftə 60 dollar/barel yüksək qiymət tətbiq etmək barədə razılığa gəliblər.

Malik Atilay

 





03.12.2022    çap et  çap et