İsveçin paytaxtı Stokholmda məscidin giriş qapısı yaxınlığında cırılmış Qurani-Kərimin asılması ilə anti-İslam hücumu həyata keçirilib.
525.az xəbər verir ki, İsveçdəki Stokholm məscidinin sosial media hesabından verilən açıqlamada məscidin qapısının yanındakı barmaqlıqlara cırılmış Qurani-Kərimin asılması ilə müsəlmanların alçaldıldığı bildirilib.
Hadisənin fotosunun da yer aldığı açıqlamada: "Məscidimiz və camaatımız çox geniş şəkildə təhdidlərə məruz qalır. İrqçilər həmişə özlərindən olmayanları ləkələmək üçün yeni cəhdlər edirlər. Bu fotoları və məlumatları diqqəti cəlb etmək üçün paylaşırıq", - ifadələrdən istifadə edilib.
Qeyd edək ki, məscidin qapısına əvvəllər də dəfələrlə sprey boya ilə svastika çəkilib, İslam əleyhinə yazılar yazılıb.
Malik Atilay