525.Az

Uelsdə insanların yoxluqdan heyvan yemi yediyi iddia edilir


 

Uelsdə insanların yoxluqdan heyvan yemi yediyi iddia edilir<b style="color:red"></b>

Böyük Britaniyada son 41 ilin ən yüksək səviyyəsinə çatan inflyasiya milyonlarla insanın həyatını çətinləşdirərib. Uelsdə bir xeyriyyə işçisi bəzi insanların ev heyvanları yemi yediyinin şahidi olduğunu bildirib.

525.az xəbər verir ki, yeni siyahıyaalma məlumatları paytaxt Kardiffdə yoxsulluğun hazırda ciddi həddə çatdığını göstərib. BBC-yə danışan, şərq bölgəsindəki "Trowbridge" icma layihəsinin meneceri Mark Sid ev heyvanları yemi yeyən insanların olmasından şoka düşdüyünü söyləyib. Yaşayış dəyərinin artdığını və insanların əsas qidaları qarşılamaq üçün kifayət qədər maaş almadığını deyən Sid, teəccüblü hekayələr olsa da, deyilənlərin doğru olduğunu deyib.

O, yeməklərini qızdırıcı və ya şamla qızdırmağa çalışan insanları gördüklərini də bildirib. Paytaxtdakı vəziyyəti şərh edən, 30 illik Kardiff sakini Elizabet Uilyams isə, zəhmət çəkib övladlarına istədikləri həyatı təmin edə bilməyən insanların hekayələrinin ürəkağrıdıcı olduğunu, lakin bu insanların psixi sağlamlığını qorumaq üçün işləməyə davam etdiyini bildirib.

Qeyd edək ki, siyahıyaalma məlumatları, son 10 ildə Uelsdə yoxsulluğun azaldığını göstərir.

Məhəmməd Tağıyev

 





03.12.2022    çap et  çap et