525.Az

2060 dəfə polisə zəng edən şəxs həbs edilib


 

2060 dəfə polisə zəng edən şəxs həbs edilib<b style="color:red"></b>

Yaponiyada təxminən bir həftə ərzində 2060 dəfə polis bölməsinə zəng edən 67 yaşlı kişi "dövlət xidmətinə mane olmaq" ittihamı ilə həbs edilib.

525.az xəbər verir ki, Yaponiyanın Saitama prefekturasında yaşayan 67 yaşlı Yoşio Şimada sentyabrın 30-u yerli vaxtla 11:15-dən oktyabrın 8-i 8:30-a qədər Saitama Polis İdarəsinə 2060 dəfə zəng edib. Ümumilikdə 27 saat polis idarəsinin telefonunu zəbt edən şübhəli, hər zəngdə "Vergi oğrusu", "İşdən qovuldun", "Axmaq" kimi sözlərlə məmurları təhqir edib.

Texniki izləmə nəticəsində şəxsiyyəti müəyyən edilən Şimadanın telefonuna baxış keçirən polis, həmin şəxsin dəfələrlə polis bölməsinə zəng edən şübhəli şəxs olduğunu təsdiqləyib. Eyni səbəbdən daha əvvəllər də saxlanıldığı öyrənilən Şimadanın "dövlət xidmətinə mane olmaq" ittihamı ilə həbs edildiyi bildirilib.

Məhəmməd Tağıyev

 





03.12.2022    çap et  çap et