525.Az

Qərb ölkələri Rusiya neftinin qiymətinin yuxarı həddini müəyyənləşdiriblər


 

Qərb ölkələri Rusiya neftinin qiymətinin yuxarı həddini müəyyənləşdiriblər<b style="color:red"></b>

Qərb ölkələri Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirmək imkanlarını azaltmaq üçün Rusiya neftinin qiymətinin yuxarı həddi ilə bağlı razılığa gəliblər. Moskva isə bu tədbiri dəstəkləyən ölkələrə xammal verməyəcəyini bildirib.

52.az xəbər verir ki, Aİ ölkələri Rusiyadan alınan neftə qiymət tətbiqi ilə bağlı razılığa gəliblər. Polşa səfiri Anjey Sadoşun sözlərinə görə, Varşava bir barel üçün 60 dollar qiymət limiti təyin etməyə razılaşıb. Qərarın qüvvəyə minməsindən bir gün əvvəl dekabrın 4-dək yekun olaraq təsdiq edilməlidir.

Avropa ölkələrinə ilkin olaraq 60-70 dollar kimi düşünülən qiymətləndirməni dəqiqləşdirmək üçün bir həftə vaxt lazım olub və nəticədə, Avropa Komissiyası 60 dollarda dayanmağı təklif edib. ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya və Avstraliya Aİ-nin bu qərarına qoşulub. 

Qeyd edək ki, Yeddilik ölkələri sentyabrın əvvəlində neft qiymətlərinə məhdudiyyət tətbiq edəcəklərini açıqlamışdı. Bir ay sonra bu tədbir Aİ-nin Rusiya əleyhinə sanksiyalarının səkkizinci paketinə daxil edilib. Xam neftin qiymətinə məhdudiyyət dekabrın 5-dən, neft məhsulları üçün isə 2023-cü il fevralın 5-dən qüvvəyə minəcək. Eyni zamanda, Rusiya neftinin və neft məhsullarının dəniz yolu ilə alınmasına dair Avropa embarqosu qüvvəyə minəcək.

Havar Şəfiyeva

 





03.12.2022    çap et  çap et