525.Az

1 nəfəri öldürən 11 nəfər edam cəzası alıb


 

1 nəfəri öldürən 11 nəfər edam cəzası alıb<b style="color:red"></b>

Tanzaniyada ətraf mühit fəalı Ueyn Lotterin ölümündə günahkar olan 11 nəfər edam cəzasına məhkum edilib.

525.az xəbər verir ki, Tanzaniya Ali Məhkəməsi brakonyerlik əleyhinə ətraf mühit fəalı Lotterin qətli ilə bağlı hökm çıxarıb. Qərarda cənubi afrikalı Lotterinin Tanzaniyanın Dar əs-Salam şəhərində avtomobil sürərkən güllələnərək öldürülməsinə görə 11 nəfər edam cəzasına məhkum edilib.

Sözügedən qərar Tanzaniyada onilliklər ərzində ölüm hökmünün icra edilməməsi ilə diqqət çəkib. Bu şəxslərdən 9-nun Tanzaniya, 2-nin isə Burundi vətəndaşı olduğu öyrənilib.

Qeyd edək ki, Tanzaniyada brakonyerlər vəhşi təbiəti, o cümlədən dişləri üçün tez-tez öldürülən filləri hədəf alırlar. Lotter isə qurduğu fondla bu problemlə mübarizə aparırdı.

Məhəmməd Tağıyev

 





03.12.2022    çap et  çap et