525.Az

Aİ 29 milyard avroluq elektrikli avtomobil idxal edib


 

Aİ 29 milyard avroluq elektrikli avtomobil idxal edib<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) ölkələri ötən il müxtəlif elektrikli avtomobillərin idxalına ümumilikdə 29 milyard avrodan çox vəsait xərcləyib.

525.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) 2021-ci il üçün Aİ-yə üzv ölkələrin elektrikli avtomobil ticarəti ilə bağlı məlumatları açıqlayıb. Müvafiq olaraq, Aİ ölkələri 11,8 milyard avro hibrid avtomobil, 11,4 milyard avro tam elektrik və 5,9 milyard avro plug-in hibrid avtomobil idxal edib. Belə ki, Aİ müxtəlif elektrikli avtomobillərin idxalına ümumilikdə 29,1 milyard avro xərcləyib.

Aİ-nin elektriklə işləyən avtomobil ixracı isə idxalını üstələyib. Üzv ölkələr 22,9 milyard avro hibrid, 12,3 milyard avro elektrik və 6,8 milyard avro plug-in hibrid avtomobillər ixrac edib və ümumi elektrik avtomobil ixracı 42 milyard avroya çatıb.

Məhəmməd Tağıyev

 





03.12.2022    çap et  çap et