525.Az

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub


 

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub<b style="color:red"></b>

Dekabrın 3-ü saat 16:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeyi atıcı silahlardan atəşə tutulub.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Vurğulanıb ki, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

 





03.12.2022    çap et  çap et