525.Az

Hindistan Rusiyadan neft almağa davam edəcək


 

Hindistan Rusiyadan neft almağa davam edəcək<b style="color:red"></b>

Hindistanın Rusiyadan neft almağa davam edəcəyi bildirilib.

525.az xəbər verir ki, adı açıqlanmayan yüksək rütbəli Hindistan rəsmisi, İran və Venesueladan fərqli olaraq Rusiyadan neft almaq üçün heç bir sanksiyanın olmadığını bildirib. Qurum rəsmisi, Avropa İttifaqı (Aİ) xaricində daşınma, sığorta və maliyyələşdirmə kimi məsələləri təşkil edən hər kəsin neft ala biləcəyini qeyd edib.

Rusiya nefti üçün yüksək hədli qiymət tətbiqinin qüvvəyə minməsi gözlənilən dövrdə danışan rəsmi: "Biz bütün dünyadan, o cümlədən Rusiyadan neft almağa davam edəcəyik. Əgər, gəmi göndərə, sığortanı ödəyə, ödənişin növünü düşünə bilirəmsə, Rusiyadan neft almağa davam edə bilərəm", - deyib.

Qeyd edək ki, Rusiya dünya neft hasilatının təxminən 10 faizini istehsal edir.

Məhəmməd Tağıyev

 





03.12.2022    çap et  çap et