525.Az

Siçanlarla mübarizə aparacaq şəxsə illik 170 min dollar maaş veriləcək


 

Siçanlarla mübarizə aparacaq şəxsə illik 170 min dollar maaş veriləcək<b style="color:red"></b>

ABŞ-ın Nyu-York şəhərində bələdiyyə siçan xəbərdarlığı verib. Şəhərdə artan siçanlara nəzarət etmək üçün iş elanı dərc edilib. Elanda işə götürüləcək adamda axtarılan xüsusiyyətlər diqqət çəkib.

525.az xəbər verir ki, bələdiyyə siçan problemini həll etmək üçün iş elanı dərc edib. İş elanında artan siçanlarla mübarizə aparacaq şəxsin ali təhsilli və təcrübəyə malik olması gözlənilir. Zərərvericilərlə mübarizədə iradə, qətiyyət və öldürmə instinktləri axtarılan digər xüsusiyyətlərdir. İşə girəcək şəxsə illik 170 min dollar maaş veriləcək. Nyu-Yorkda siçanların sayı isə 2022-ci ilin yanvar-avqust aylarında iki il əvvəlki ilə müqayisədə 70 faiz artıb.

Qeyd edək ki, bələdiyyə sədri Erik Adamsın seçkidən əvvəl verdiyi vədlər arasında siçan probleminin həllini tapması da var idi.

Məhəmməd Tağıyev

 





04.12.2022    çap et  çap et