525.Az

Almaniyadan Qanaya 82 milyon avroluq dəstək


 

Almaniyadan Qanaya 82 milyon avroluq dəstək<b style="color:red"></b>

Almaniya hökuməti Qananın bərpa olunan enerji və maliyyə sektorunun inkişafına dəstək üçün 82 milyon avro ayırmağı vəd edib.

525.az xəbər verir ki, Qana Maliyyə Nazirliyindən verilən açıqlamaya görə, Almaniya bərpa olunan enerji və maliyyə sektorunun inkişafı üçün Qanaya 82 milyon avro verəcək. Açıqlamada, fondun eyni zamanda Qanada texniki bacarıqların öyrədilməsi, yaxşı idarəçilik, rəqəmsal infrastruktur keçidləri, ərzaq təhlükəsizliyi və qadınların səlahiyyətlərinin artırılmasını dəstəklədiyi vurğulanıb.

Fondun bir hissəsinin yeni yaradılmış Qana İnkişaf Bankına yönəldiləcəyi bildirilən açıqlamada: "Bu dəstək çətin iqtisadi dövrlərdə uzunmüddətli və müvafiq kapitala çıxışı təmin edəcək", - ifadəsinə yer verilib.

Qeyd edək ki, Qərbi Afrika ölkəsi olan Qana, bu ilin əvvəlində kredit reytinqinin aşağı salınmasından sonra beynəlxalq kapital bazarlarına daxil ola bilməyib.

Məhəmməd Tağıyev

 





04.12.2022    çap et  çap et