525.Az

"Tour de France" yarışı Nitsada başa çatacaq


 

"Tour de France" yarışı Nitsada başa çatacaq<b style="color:red"></b>

2024-cü ildə keçiriləcək "Tour de France" (velosiped turu) təşkilat tarixində ilk dəfə paytaxt Parisin əvəzinə Nitsada başa çatacaq.

525.az xəbər verir ki, qurumdan verilən açıqlamaya görə, 2024-cü il "Tour de France"ın son mərhələsi 1903-cü ildə qurulduğundan bu yana ilk dəfə Parisdə Şanzelize küçəsi əvəzinə Nitsada keçiriləcək.

"Tour de France" yarışı başa çatdıqdan az sonra Parisdə Yay Olimpiya Oyunlarının təşkili və oyunların hazırlıq prosesində problemlərin qarşısını almaq üçün bu istiqamətdə məcburi qərar qəbul edilib.

Qeyd edək ki, yol velosipedinin ən əhəmiyyətli yarışının son mərhələsi sonrakı illərdə yenidən Parisdə keçiriləcək.

Məhəmməd Tağıyev

 





04.12.2022    çap et  çap et