525.Az

Fransada daxili uçuşlar məhdudlaşdırılır


 

Fransada daxili uçuşlar məhdudlaşdırılır<b style="color:red"></b>

Fransa hökuməti iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində yeni qərar qəbul edib. Bu çərçivədə daxili uçuşlar məhdudlaşdırılıb və qatarla 2 saat yarımlıq məsafədə olan istiqamətlərə uçuşlar ləğv edilib.

525.az xəbər verir ki, Fransada daxili reyslərə məhdudiyyətlər qoyulub. Artıq qatarla 2 saat yarım davam edən məsafələrə uçuşlar olmayacaq. Səbəb isə iqlim dəyişikliyi ilə mübarizədir. 2030-cu ilə qədər karbon emissiyalarının 1990-cı il səviyyəsinə görə 40 faiz azaldılması hədəflənir.

Təklif ötən il Fransa parlamentində səsvermədə qəbul edilmişdi. Qərarın Avropa qanunvericiliyinə uyğunluğunu təmin etmək üçün isə Avropa Komissiyası ilə Fransa hökuməti arasında danışıqlar aparılıb. Komissiya bu təklifə yaşıl işıq yandırıb.

Qeyd edək ki, bu qərara görə, sərnişinlər dəmir yolu ilə səyahətə üstünlük verəcəklər.

Məhəmməd Tağıyev

 





04.12.2022    çap et  çap et