525.Az
FHN-in xilasediciləri dənizdə batan iki nəfəri xilas edib
Dənizdə batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonu ərazisində dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər FHN-in “Bilgəh” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.
25.06.2014
çap et