525.Az

Əfsanəvi futbolçu Peledən bəd xəbər


 

Əfsanəvi futbolçu Peledən bəd xəbər<b style="color:red"></b>

Braziliyalı əfsanəvi futbolçu Pelenin orqanizminin 1 ildən artıqdır aldığı kimyəvi terapiyaya reaksiya vermədiyi və palliativ müalicə aparıldığı açıqlanıb.

525.az xəbər verir ki, Pelenin 2021-ci ilin sentyabr ayından etibarən kolon xərçəngindən kimyaterapiya keçdiyi bildirilib. Futbolçunun çərşənbə axşamı rutin müayinələrə getdiyi xəstəxanada orqanizminin kimyəvi terapiyaya reaksiya vermədiyi, reanimasiya şöbəsinə aparılmadan ağrılarını və nəfəs darlığını azaltmaq üçün tədbirlər görüldüyü bildirilib.

Qeyd edək ki, palliativ qayğı ciddi xəstəliklə yaşamalı olan və sağalma şansı az olan xəstələrin simptomlarını azaltmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün tətbiq edilən müalicə növü kimi tanınır.

Məhəmməd Tağıyev

 





04.12.2022    çap et  çap et