525.Az

"Neftçi"də yeni kapitan


 

"Neftçi"də yeni kapitan<b style="color:red"></b>

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə məşqçilər korpusunun və klubun idarə heyətinin toplantısı keçirilib. 

525.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantıda yeni mövsümdə “Neftçi”nin kapitanının kim olacağı müzakirə olunub.

Müzakirələrdən sonra artıq 5-ci mövsümdür ki, "Neftçi"nin heyətində çıxış edən braziliyalı Flavio Aleks Valensio (Flavinyo) komandanın kapitanı seçilib.
 
Vitse-kapitanlar isə Mirhüseyn Seyidov və Elvin Yunuszadə olacaq.

 





25.06.2014    çap et  çap et