https://525.az/img/pics/medium/2024-03/308267_f619kgr6f3.jpg Doğma Dərələyəz
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Şeytana qarşı - Əlisəfdər Hüseynov (I yazı)
https://525.az/img/pics/medium/2024-03/308277_bixbhlvc2s.jpg Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır
https://525.az/img/pics/medium/2024-02/303253_0421emrqww.jpg Nəsillər arasındakı anlaşılmazlıq: təkrarlanan "çatlar"
search
29 Mart 2024

"Kəpəz"in baş məşqçisi: "Məğlubiyyət xoş deyil"

"Kəpəz"in baş məşqçisi: "Məğlubiyyət xoş deyil"

"Məğlubiyyət xoş deyil. Uduzmaq həmişə acı olur. Bu gün çempionatda ən ağır oyunlarımızdan birini keçirəcəyimizi bilirdik".

"525.az"ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Gəncədə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, ölkə kubokunda qalib gəldikləri komandaya qarşı matç futbolçularda arxayınlıq yarada bilərdi: "Ona görə əvvəldən bunu demişdim. 2 futbolçunun olmaması meydançada sxemi dəyişdirmişdi. Zamiq Əliyev və Giorgi Kantariyanın yoxluğunu nəzərdə tuturam. Kantariyanın olmaması səbəbindən orta xəttdə topa nəzarəti itirmişdik".

Əhmədovun sözlərinə görə, artıq irəli baxmaq lazımdır: "Hər halda hərdən enməlisən ki, qalxa biləsən. Uğurlu çıxışımızın davamını gətirmək istəyirdik. Amma alındıra bilmədik. Məğlubiyyətin səbəbkarı başda mənəm".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.