İran hakimiyyəti əxlaq polisini ləğv edib.
525.az İranın baş prokuroru Məhəmməd Cəfər Montazerinin çıxışına istinadən xəbər verir ki, qərar iki aydan artıqdır davam edən kütləvi etirazlar fonunda qəbul edilib.
İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri: "Əxlaq polisinin ədalət ilə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də onun ləğvi qərara alınıb", -deyib.
Montazeri, həmçinin bildirib ki, hökümət qadınların hicab taxmasını tələb edən qanuna yenidən baxa bilər. Onun sözlərinə görə, indi bu məsələ parlament və Ədliyyə Nazirliyi tərəfindən birgə müzakirə olunur, bir-iki həftəyə qərar verilə bilər.
Sevil Seymur