525.Az

Burkina-Faso Fransa radiosunun yayımını dayandırıb


 

Burkina-Faso Fransa radiosunun yayımını dayandırıb<b style="color:red"></b>

Burkina-Faso Fransanın "Radio France Internationale" (RFI) radiosunun yayımını dayandırdığını açıqlayıb.

525.az xəbər verir ki, hökumət sözçüsü Cin Emmanuel Ouedraoqo terror təşkilatları Əl-Qaidə və İŞİD-lə əlaqəli qrupların orduya qatılan mülki şəxsləri təhdid edən mesajlar yayımladıqları səbəbiylə, radionun fəaliyyətini ikinci bir bildirişə qədər dayandırdıqlarını bildirib. Açıqlamaya görə, radio öz mesajı ilə minlərlə burkina-fasolunun orduya qatılmasının qarşısını almaq üçün terrorçuların manevrinə töhfə verib.

Qeyd edək ki, bu il iki dövlət çevrilişinin baş verdiyi Burkina-Fasoda təhlükəsizlik problemləri səbəbiylə Fransa əleyhinə etirazlar keçirilmişdi.

Məhəmməd Tağıyev

 





04.12.2022    çap et  çap et