525.Az

İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı oldu


 

İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı oldu<b style="color:red"></b>

İstanbul Hava Limanı 25 noyabr - 1 dekabr tarixləri arasında Avropada ən çox uçuş həyata keçirən hava limanı olub.

525.az xəbər verir ki, Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) verdiyi açıqlamaya görə, İstanbul Hava Limanı 25 Noyabr-1 Dekabr tarixləri arasında gündə orta hesabla 1210 uçuşla Avropada ən çox uçuş həyata keçirilən hava limanları arasında birinci olub. Bu rəqəmlərə görə, İGA tərəfindən idarə olunan İstanbul Hava Limanı Avropanın ən işlək 10 hava limanı arasında 2019-cu ildəki performansını üstələyən yeganə hava limanıdır.

Qeyd edək ki, Londondakı Hitrou Hava Limanı İstanbul Hava Limanından sonra 1153 uçuşla ikinci, Paris-Şarl de Qoll Hava Limanı isə 1108 reyslə üçüncü yerdə qərarlaşıb.

Məhəmməd Tağıyev

 





04.12.2022    çap et  çap et